Səbət

Uşaq otağı üçün pəncərə
Paylaş
Paylaş
Paylaş
Paylaş
1032
Uşaq otağı üçün pəncərə

Eviniz üçün pəncərə alarkən ən çox diqqət yetirəcəyiniz yerlərdən biri də uşaq otağı olmalıdır. Mənziliniz üçün pəncərə seçimi zamanı ən çox diqqət uşaq otağına yönəlməlidir. Valideynlər uşaq üçün otaq ayırdıqda ilk öncə “Hansı və necə bir pəncərə qoyulmalıdır?” – deyə düşünməlidirlər.

Bu sualın cavabıda var. PVC pəncərələr, digər pəncərələrlə müqayisədə, ekoloji və material baxımdan daha keyfiyyətlidir. İndi ki dövrdə müxtəlif pəncərə növləri var və bunların içərisində uşaq otağı üçün pəncərələr də mövcuddur.

Uşaq otağı üçün pəncərə alarkən nələrə diqqət yetirmək lazımdır:

Otaqda təmiz havanın olması, uşağın sağlamlığı və inkişafı üçün ən mühüm olandır. Uşaq olan otaqda hər zaman hava təmiz və orta temperaturda olmalıdır. İsti və havasız otaq bütün virusların yığışacağı bir ortama çevrilir.

Payız və qış aylarında müəyyən dərəcədə dəyişkən fəsillərə, yüksək rütubətli hava şəraitinə, külək və yağıntılara malik olan iqlimimizi insan həyatı üçün rahat adlandırmaq olmaz. Hər zaman qışda soyuq, yayda isti havanı keçirməyəcək pəncərələr seçmək doğru seçimdir.

Bir pəncərədə səs izolyasiyası ikiqat və ya üçqat şüşəli pəncərə sayəsində daha çox əldə edilir. Uşaq otağında belə səs izolyasiyalı bir pəncərə varsa, küçə səslərinə əlvida deyə bilərsiniz.

Körpə uşaq yeriməyə başlayanda dərhal onun təhlükəsizliyinə diqqət yetirin. İl boyu pəncərədən düşən uşaqların statistikasından daha dəhşətli bir şey yoxdur. Bəzi valideynlər pəncərə sinəkliklərinin bir körpənin ağırlığına tab gətirəcəyini düşünürlər. Amma pəncərə sinəkliyi bir körpənin ağırlığına tab gətirmir. Bu hallarda xüsusi pəncərələr üçün təhlükəsizlik kilidləri var. Hətta, artıq evinizdə və ya mənzilinizdə pəncərə varsa, ona xüsusi təhlükəsizlik kilidi almaq gec deyil. Onsuz bəzi təhlükəsizlik kilidlərini pəncərəyə sonradan quraşdırmaq mümkündür.

Pəncərənin düzgün quraşdırılmaması evinizdə kif və nəmliyin yaranma səbəbi ola bilər. Bunu da qeyd edək ki, ən çox xəstəliklərdə bu səbəbdən yaranır. Həmişə evinizə pəncərə alarkən, onun quraşdırılmasına da diqqət yetirin.

Uşaq otağı üçün pəncərə seçimi daha çox məsuliyyət və diqqət tələb edir, nəyinki otaq qapısı və ya hansısa bir uşaq oyuncağı. Çünki uşaq oyuncaqları qırıldıqda onun uşağa bir ziyanı olmur. Ancaq bir uşaq otağı üçün olan pəncərə ən azı 10 il sizə xidmət göstərəcəkdir. Keyfiyyətli pəncərə aldıqda, siz uşaqlarınızın təhlükəsizliyinin və sağlamlığının qeydinə qalırsız.

Oxşar məqalələr