Səbət

PVC pəncərələrdə uzunömürlülük
Paylaş
Paylaş
Paylaş
Paylaş
1621
pəncərələrdə uzunömürlülük

Bu bir sirr deyil ki, PVC pəncərələr ona düzgün baxıldığı təqdirdə sizə heç bir problemsiz uzun müddət xidmət göstərəcək.

Təbii ki, plastik pəncərələrin uzunömürlülüyü onun istehsalından və materiallarının keyfiyyətindən aslıdır.

Hər bir alıcı yeni bir plastik pəncərə aldığında, keyfiyyətli və davamlı bir pəncərə əldə etmək istəyir. Çünki insanlar hər il yeni bir pəncərə almırlar.

 İkiqat şüşəli plastik, hansı ki, rezindən, plastik profildən və s. ibarət olan bir pəncərədir. Ümumi PVC pəncərələrin müddəti 10 ildir. Amma statistikaya görə PVC pəncərələr 50 ilə qədər xidmət göstərir. Şüşənin özü 15 il və daha az, profillər isə 20 ildən çox xidmət göstərir.

Plastik çürümə və korroziyaya uğramır. Hətta havalar nə qədər isti və ya soyuq olsa belə, plastik pəncərələr bu cür hava şəraitlərinə dözümlüdür. Ən əsası isə bu material mexaniki zərbələrə belə davamlıdır.

Plastik pəncərənin ömrünü necə uzatmaq olar? Bu bloqumuzda sizinlə qısa məlumat bölüşəcəyik!

  • Düzgün quraşdırılması. Plastik pəncərələrin quraşdırılması təcrübəli mütəxəssislər tərəfindən aparılmalıdır. Bu halda məhsulun dayanıqlığı maksimuma çatacaq.
  • Daimi profil baxımı. Pəncərənin açılıb bağlanan hissəsini daimi, yəni günaşırı təmizləməyiniz kifayətdir. Yuyucu vasitələrindən istifadə etmək məsləhət edilmir. Çünki o zaman plastikin dəmirdən olan aksesuarları çürüyə bilər. Bunu da qeyd edək ki, plastik pəncərələrin mexanizmini ildə 1 dəfə yağlamaq məsləhətdir.
  • Pəncərə rezinlərinin baxımı. İldə 1 dəfə, ən əsası da qış aylarında, pəncərə rezinlərini silikon yağla yağlamaq lazımdır. Bu da, ona görədir ki, pəncərə rezinləri deformasiyaya uğramasın. Əks təqdirdə, rezində ki qoruyucu örtük yeyildikdə, pəncərə rezinlərinin keyfiyyətinin azalmasına səbəb ola bilər.

PVC pəncərələrin zəfərli inkişafının tarixi yarım əsrdən çox əvvəl Almaniyada başladı. O vaxtdan bu günə çox vaxt keçdi. Şirkətimizin istehsal etdiyi plastik (PVC) bir pəncərənin hansı xidmət müddətinə malik olduğunu öyrənə bilərsiniz. Əməkdaşlarımız plastik pəncərəyə düzgün qulluq qaydaları haqqında sizə məlumat verəcəklər.

Oxşar məqalələr