Səbət

Servis xidmətimizlə xidmətinizdəyik
Paylaş
Paylaş
Paylaş
Paylaş
1922
Pəncərə servis xidməti

Problem həyatın hər bir sferasında olduğu kimi, onun həlli ilə bağlı olan xidmət növləridə vardır. Bu xidmətin keyfiyyətli və optimal olmasını isə hamı arzulayır.

Firmanın öz məhsuluna servis xidmətinin genişləndirməsi vacib məsələdir. Servis dedikdə, məhsulun satışı və istismarı ilə bağlı kompleks xidmətlər başa düşülür. Müasir servisin başlıca prinsipi ondan ibarətdir ki, əmtəənin (malın, məhsulun) istehsalçısı məhsulun bütün istismarı dövründə işgörmə qabiliyyətini təmin etmək haqqında üzərinə mühüm öhdəlik götürür.

Beləliklə, məhsulu satarkən alıcıya göstərilən servis xidmətləri çox müxtəlif ola bilər və bütövlükdə isə belə bölünürlər:    

  • satışdan əvvəl xidmətlər
  • satışdan sonra xidmətlər, o cümlədən, zəmanət və zəmanətdən sonrakı təmir.

 Servis xidmətləri

  • Satışdan əvvəl xidmətlər
  • Satışdan sonra xidmətlər
  • Satışa hazırlıq
  • Satış zamanı
  • Zəmanət
  • Zəmanətdən sonra təmir

Satışdan əvvəl xidmətlər.

Malın (məhsulun) satışa hazırlanması, satışın özü və alıcıların cəlb olunması ilə əlaqədar xidmətlərə aşağıdakılar aid edilir:    

  • malın satışa hazırlanması, satış yerinə çatdırıldıqdan sonra hazır məhsulun xarici görünüşünün bərpası: malın qabından çıxarılması, korroziya əleyhinə və digər təyinatlı örtüklərin tənzimlənməsi; quraşdırma, yanacaq tökülməsi, sazlama və təmizləmə, göstəricilərin pasport səviyyəsinə çatdırılması, nəql zamanı yaranan zədələnmələrin aradan qaldırılması;
  • kataloq və preyskurantlar sisteminin hazırlanması, zəruri olduqda texniki sənədlərin və təlimatların müvafiq dilə tərcüməsi;
  • ölçüyə görə dəzgah, ləvazimat, tərtibat və quruluşların sazlanması;
  • alıcılara məhsulu nümayiş etdirmək, onlara mallarla (və ya məhsulla) rəftar etməyi öyrətmək;
  • sınaqların aparılması, nümunə məmulat və hissələrin hazırlanmasının alıcılara göstərilməsi;
  • alıcıya texniki və digər növ məsləhətlər;
  • alıcıya şəxsi diqddətin göstərilməsi;
  • dequstasiya (qida məhsulu üçün) edilməsi;
  • qablaşdırma və tərtibat işi (məsələn, bayram bağlaması);
  • ölçmə, biçmə, kəsmə və s. (parça, xalça və s.); məhsulun satışı üzrə digər təşkilati tədbirlər.

Satışdan sonra xidmətlər.

Satışdan sonrakı xidmətlər məhsul satıldıqdan onun utilləşdirilməsinədək keçən müddətdə alıcıya göstərilən bütün növ xidmətləri özündə birləşdirir. Belə xidmətlərə aşağıdakılar aid ola bilər:   

  • tez və pulsuz çatdırılma;
  • məmulatın quraşdırlması, məmulatın təhlükəsiz və düzgün istifadəsi qaydalarının alıcıya öyrədilməsi və ya onun təlimatlandırılması. Bəzi hallarda bu öyrətmə və ya təlimat pullu da ola bilər, lakin bu müqavilədə nəzərdə tutulmalıdır;
  • məmulatın istismara hazırlanması;
  • əlavə və ya köməkçi avadanlığın və quruluşların satılması;
  • hesablaşma sistemi (kredit, lizinq şərtləri və s.);
  • xüsusi maliyyə şərtləri (məsələn, pulların geri qaytarılmasına zəmanət);
  • məhsulun sığortalanması;
  • satılan məhsulun qoyulduğu müəssisəyə onun təhlükəsiz quraşdırılma və istismarını yoxlamaq məqsədilə müfəttiş reydləri;
  • zəmanət xidməti;
  • müqavilə ilə xidmət (zəmanətdən sonra xidmət);
  • təmir, lazım gəldikdə ehtiyat avadanlığının verilməsi;
  • məmulatın bütün xidmət dövründə ehtiyat hissələri ilə təminatı və digər xidmətlər.

Servis xidmətləri məmulatların yeni modellərinə tələblərin formalaşma-sında, bütövlükdə məmulatın konsepsiyasının işlənilməsində fəal iştirak edir. Servis xidməti personalı adətən hazır məmulata tələbatın inkişaf meyillərini yaxşı təsəvvür edir, istehlakçıların ehtiyac və tələblərini, malın zəif tərəfələrini və qüsurlarını, alıcıların əsas narazılıqlarının səbəblərini yaxşı bilirlər. Onların rəy və təklifləri mövcud çatışmazlıqların aradan qaldırılmasında müsbət rol oynayır.

Servis xidmətinin zəruriliyi, hər şeydən əvvəl, istehlakçının öz əmtəəsi üçün stabil bazar formalaşdırmaq səyləri ilə əlaqədardır. Belə fəaliyyət, əsasən, bu prinsiplə aparılır: “Siz bizim məmulatı alır və istifadə edirsiniz – qalan bütün məsələləri biz həll edirik”.

Yüksək keyfiyyətli malın keyfiyyətli servis xidməti rəqabət qabiliyyətini yüksəldir. Yaxşı təşkil olunduğu təqdirdə, servis xidməti firmanın gəlirlərinin müstəqil və əhəmiyyətli bəndi kimi çıxış edə bilər. Ona görə də, güclü servis xidməti yaratmaq və onun səmərəli fəaliyyətinə nail olmaq, dünya bazarında uğurla çıxış edən bütün firmaların bir nömrəli predmetidir.

Oxşar məqalələr