Şüşə arakəsmələr / Cambalkon / Sürgülü qapılar- fenstar.az Pvc pencerelerin ustunlukleri- fenstar.az Alüminium Cəbhə sistemləri / Alüminium pəncərə və qapilar / fenstar.az Pəncərə ustası / pəncərə quraşdırılıması, pəncərə təmiri, pvc pəncərə / fenstar.az Plastik və Alüminium qapilar / PVc qapıların sifarişi / fenstar.az Uşaqlarımızın təhlükəsizliyi üçün Penkid pəncərə aksesuarı / Penkid Qoruyucu aksesuar Pvc profil istehsalat- fenstar.az Giyotin pəncərə sistemi, Plastik pəncərə aksesuarları, sinəklik / fenstar.az Plastik qapi pencere | Pencere aksesuarlari| fenstar.az
(+994) 51 404 41 41

PULSUZ ÇATDIRILMA VƏ QURAŞDIRILMA

YÜKSƏK SƏVİYYƏLİ XİDMƏT

ETİBARLI PARTNYORLUQ

YÜKSƏK KEYFİYYƏT

ŞÜŞƏ

Şüşə keçmişdən günümüzə qədər bir çox sahələrdə istifadə edilmişdir. Yaşadığımız dövrdə şüşə təkcə gündəlik istifadədə deyil, həm də memarlıq bağlama sistemlərində istifadə edilir.  İnteryer dizayn həllərində şüşənin material kimi unikallı və üstünlükləri şərtsiz öz geniş təsdiqini tapmışdır. Bu səbəblə, şəhər mənzil və evlərinin darlığını göz önündə tutduğumuz zaman, şüşənin istifadəsi böyük ölçüdə evin vizual görünüşünü və həcmini artıraraq istifadə sahəsinin qorunmasına imkan yaradır. Şirkətimizin təklif etdiyi şüşə sistemləri:

  • şüşə arakəsmələr 

  • cam balkon sistemləri 

  • giyotin sistemləri

ŞÜŞƏ
PVC

PVC

Müasir dövrdə geniş istifadə olunan pəncərə PVC-dir. Bu növ pəncərələr hər məkanın interyerinə və eksteryerinə asanlıqla uyğunlaşdığı üçün onlara tələbat çoxdur. Evlərin, ofislərin, yaşayış binalarının və s. obyektlərin tikintisi zamanı PVC pəncərələrə üstünlük verilir. Şirkətimizdə ən son texnoloji avadanlıqlardan istifadə edilərək Avropa standartlarına cavab verən, yüksək səs və istilik izolyasiyalı PVC pəncərələr hazırlanır. Məhsulun keyfiyyəti və sizin məmnuniyyətiniz bizim üçün prioritet məsələdir. Plastik (PVC) pəncərə, qapı, sürmə və s. sistemlərinin hazırlanmasında Kömmerling, Pimapen, Deceuninck və Adopen markalarının 60mm, 70mm və 80mm qalınlığında olan profillərdən istifadə edilir. Təklif olunan sistemlər:

  • Tək və çift açılan pəncərələr 

  • Tək və çift açılan qapılar 

  • Sürmə qapı və pəncərə sistemləri 

  • HBSB sürmə qapılar 

  • Volkswagen qapılar 

  • Qatlanan sistem.

ALÜMİNİUM

Alyumil,  AdoAluminium,  Akpa və GencerAluminium markalarının məhsullarından istifadə edərək alüminium sistemlərin istehsalatı həyata keçirilir. Bütün işlər statistik hesablamalardan sonra və mütəxəssis rəyindən sonra həyata keçirilir. Təklif olunan sistemlər:

  • Cəbhə sistemləri 

  • Aldoks seriyası 

  • Sistem seriyası 

  • İzo sistemlər 

  • Taxtalı-izo sistemlər 

  • Sürməli cam balkon.

ALÜMİNİUM
SERViS

SERViS

Bizim şirkətin bir özəlliyi də odur ki, müştərilərini düşünərək servis xidməti göstərir. Bu xidmətə lazımı pəncərə seçimi etmək üçün yardım, mütəxəssisin ölçü götürmək üçün montaj yerinə göndərilməsi, sifarişin qəbul edilib işlənməsi və pəncərələrin montajı daxildir. Şirkətimiz bütün xidmətlər komplekisini əhatə edir və lazım olan bütün biliklərə və təcrübəyə malikdir. Beləliklə, xidmətlərimiz sizə seçim etdiyiniz məhsulu uzun müddət çətinliksiz istifadə etmək imkanı yaradır. Şirkətimiz pəncərə seçimində, ölçülərin dəqiq çıxarılmasında, təmirə ehtiyac olduqda, hər hansı çətinlik yarandıqda hər zaman müştərilərinin yanındadır.
 

QAPI

Şirkətimiz pəncərə istehsalı ilə yanaşı PVC qapı istehsalını da həyata keçirir. Günümüzdə PVC pəncərələrə tələbat olduğu kimi qapılara da tələbat yüksəkdir. Onlar hamam qapıları kimi məkan daxilində, eyvan qapıları olaraq, evin xaricində istifadə olunur. Hamam otaqlarında su və nəmə qarşı davamlılığı ilə seçilən, asan yuyula bilən PVC qapılar ən doğru seçimdir.

QAPI
PENKiD

PENKiD

Penkid kilidi uşaqların təhlükəsizliyini təmin etmək üçün əvəzsiz sistemdir. Kilid profilin altına quraşdırılmış və xüsusi bir açar olmadan pəncərə qanadının açılmasına imkan verməyən xüsusi bir mexanizmdir. Digər qoruma vasitələrindən fərqli olaraq, kilid blokadası pəncərə quruluşunun görünüşünü xaricdən və ya daxildən pozmur. Quraşdırıldığı pəncərənin tam açılmasına imkan verməyərək övladınızın təhlükəsizliyini təmin edir. Sadəcə öz açarı ilə açıla bilər, bu səbəbdən də təhlükəsizdir. Bundan əlavə, məkanı oğrulardan da müdafiə edir. Penkid PVC, alüminium, taxta və metal da daxil olmaqla bütün pəncərə və qapılara asanlıqla quraşdırılır. Sürmə qapı və pəncərələr üçün də uyğundur.

ISTEHSALAT

Profillərin növündən, rəngindən və aksesuarlarından asılı olaraq, işlərimizə 5 ildən 10 ilə qədər zəmanət veririk. Zəmanətimiz də işimiz qədər etibarlıdır. Şirkətimiz Avropanın və ölkəmizin nüfuzlu markaları ilə əməkdaşlıq edərək müştərilərə keyfiyyətli və uzunömürlü pəncərələr təqdim edir. İstehsalat prosesi partnyorlarımızın məhsullarından istifadə edilərək həyata keçirilir. Profil kəsimindən quraşdırılmasına qədər bütün mərhələləri Fenstar öz öhdəsinə götürür və işinin ohdəsindən layiqincə gəlir. Proses bir necə mərhələdən ibarətdir. Əvvəlcə məkana uyğun olaraq, pəncərələrin ölçüləri hesablanır, zavodda profil kəsimi və digər lazımi işlər görülür. Sonuncu mərhələdə hazır pəncərələr stoklanaraq məkana çatdırılır və quraşdırılır. Peşəkar ustalarımızın hazırladığı pəncərələr keyfiyyəti və uzunömürlü istifadəsi ilə evinizdə və ofisinizdə rahatlığı təmin edir.

ISTEHSALAT
GİYOTİN PƏNCƏRƏ SİSTEMİ

GİYOTİN PƏNCƏRƏ SİSTEMİ

Giyotin pəncərə sistemi pəncərə açılmasının uyğun olmadığı mətbəx, dar məkanlar, estetik baxımdan gözəl görünməsi istənilən ev və villalarda şaquli sürüşən sürmə sistemdir. Modern axitekturalarda, villa tipli tikililərdə və yeni binalarda üstünlük verilən giyotin paslanmayan poladdan hazırlanır. Bu sistem açılıb bağlanan xüsusiyyəti sayəsində yaşayış məkanlarını kənar səslərdən, küləkdən, yağışdan, çox isti havadan qoruyur. Giyotin pəncərə sistemi ailənizin və qonaqlarınızın rahatlığı, həm də mənzərənin gözəlliyindən zövq almaq üçün ideal seçimdir.

door