Plastik qapi pencere | Pencere aksesuarlari| fenstar.az
(+994) 51 404 41 41
plastik pəncərə

ÇOXFUNKSİYALI ŞÜŞƏLİ İSTİLİK PAKETİ

ENERJİYƏ QƏNAƏT  EDƏN PAKETLƏR VƏ I-ŞÜŞƏ

ZİREHLİ ŞÜŞƏ

RƏNGLİ ŞÜŞƏ

ÇOXFUNKSİYALI ŞÜŞƏLİ İSTİLİK PAKETİ

Çoxfunksiyalı paket çiləmə üsulu ilə hazırlanmış çoxqatlı şüşədən ibarətdir:

Qoruyucu qat istilik şüalarını udur və əks etdirir, şüşəni kimyəvi və mexaniki təsirlərdən qoruyur.

• Aşağı və yuxarı təbəqələr şüşə rənginə və ayna effektinə, eləcə də işıq keçirmə qabiliyyətinə görə məsuldur.

• Gümüş hissəcikli funksional təbəqə günəş şüalarının əks olunmasına cavabdehdir.

ENERJİYƏ QƏNAƏT  EDƏN PAKETLƏR VƏ I-ŞÜŞƏ

Enerji qənaət edən pəncərələr aşağı emissiyalı plyonka ilə örtülmüş float-şüşədən hazırlanır. Bu niyə edilir?

Bu yanaşma otaqda il boyu komfortlu mikroiqlimi təmin edir. Görünüşcə bu cür pəncərələr standart metal-plastik konstruksiyalardan heç nə ilə fərqlənmir, lakin onların içərisində istiliyin otaqdan kənara çıxmasına mane olan sıxılmış qaz – arqon vardır. I-şüşəli paketlər bu gün istiliyə qənaətin mükəmməl həllidir. I-şüşə necə yaradılır?

Adi şüşəyə xüsusi yüksək texnologiyalı avadanlıq vasitəsilə aşağı emissiya optik örtük vurulur ki, bu da pəncərənin müxtəlif dərəcəli istilik mübadiləsinə  müqavimətini təmin edir. Belə ki, əgər bir kameralı pəncərənin müqavimət dərəcəsi 0.32, enerjiyə qənaətli pəncərənin müqavimət dərəcəsi 0.59 təşkil edirsə, analoji iki kameralı şüşəli paketlərdə – uyğun olaraq 0.47 və 0.64 təşkil edir.

Nəticə etibarilə -enerjiyə qənaətli şüşə paket otaqda istilik itkisini 1.5-2 dəfə azaltmağa imkan verir.

ZİREHLİ ŞÜŞƏ

Zirehli şüşələrimiz zirehli şüşələr haqqında olan “ГОСТ Р51136-2008” (ГОСТ – государственный стандарт – dövlət standartı) standartları ilə tənzimləyir. Bu ГОСТ-a əsasən, üç sinif soyğun əlehinə və on bir sinif odlu silah əlehinə (В1-В6-ya qədər) şüşə mövcuddur. B1 müdafiə sinifinə görə, zirehli şüşələr 30-dan 50-ə qədər balta/çəkic zərbəsinə davam gətirməlidir. B2 müdafiə sinifinə görə zirehli şüşələr  70 balta / çəkic zərbəsinə tab gətirməlidir. B3 müdafiə sinifinə görə zirehli şüşələr  70-dən artıq balta / çəkic zərbəsinə tab gətirməlidir. B1 odlu silahlardan müdafiə sinifinə əsasən, zirehli şüşələr 5 metrdən tapança atəşinə davam gətirməlidir. B6a müdafiə sinifinə görə, zirehli şüşələr SVD tüfəngindən zireh əlehinə patronuna davamlı olmalıdır. B3 mühafizə sinfinə əsasən, zirehli şüşələr AKM güllələrlə atəşə tutulmasından müdafiəni təmin etmədir.

ŞÜŞƏ ÜZƏRİNDƏ ZİREHLİ TƏBƏQƏ

Özünüzü və ailənizi necə qoruya bilərsiniz ? Bunun bir neçə yolu var, lakin ən sadə və ən ucuz yol - pəncərəyə vurulan zirehli plyonkadır. Əlbəttə, bu müdafiə sizi pulemyot və avtomat atəşindən, balta və çəkic zərbəsindən qoruya bilməsə də, pəncərəyə atılan daşdan qoruyacaq. Əlavə olaraq, siz və  yaxınlarınız partlayış zamanı (terror aktında) şüşə qırıntılarından da zərər çəkməyəcək, onları yığışdırmayacaqsınız, çünki, onların olmayacağına zəmanət verilir.Elə həmin “ГОСТ Р 51136-2008”- a əsasən bronlaşdıran plyonka təbəqəsi (plyonka ilə örtülmüş şüşə) diametri 100 mm və çəkisi 4.11 kiloqram olan polad kürənin üçqat düşməsinə tab gətirə bilir. Üçüncü düşmədən sonra şüşələrin qırılması məqbuldur, lakin qırıntılar yolverilməzdir. Zirehli təbəqə ilə şüşə sifariş edərkən, keyfiyyətə və QOST-a uyğunluğuna əmin ola bilərsiniz.

ŞÜŞƏ ÜZƏRİNDƏ ZİREHLİ TƏBƏQƏ

Kütlədə rəngli şüşə - əlavə ödənişlər etmədən pəncərələrinizin bir sıra əlavə xüsusiyyətlərə sahib olmasını istəyirsinizsə, “Şüşələrin rənglənməsi” xidmətinə diqqət yetirin. Biz sizə quraşdırılmış şüşələrinizin rənglənməsi və qoruyucu təbəqə ilə örtülməsi xidmətini təklif edirik. Xüsusi texnologiyalar, alətlər vasitəsilə  və sertifikatlı ustalar tərəfindən plyonka şüşə səthinə çəkilir; təcrübə, avadanlıq və xüsusi texnologiyalar toplusu xətanı tamamilə istisna edir.

ŞÜŞƏ ÜZƏRİNDƏ ZİREHLİ TƏBƏQƏ

Qonşularınızın izləyən nəzərlərindən uzaq olmaq, şüalanma və radiasiyadan qorunmaq, şüşənizin istilik və səs izolyasiyalı olmasını, sınarkən qırıntı olmamasını, istiliyə və təzyiqə davamlı olmasını istəyirsiniz? Xüsusən sizin üçün, şüşəni şüşə paketinin hazırlanması zamanı plyonka ilə örtəcəyik. Qoruyucu təbəqə həm şüşəni rəngləyərək, bir üzdən qeyri-şəffaf edir, həm də ona bir sıra unikal keyfiyyətlər verir. Təbəqənin qalınlığı 110-350 mikrondur.

door