yandex
(+994) 51 404 41 41
şüşə arakəsmələr

Şüşə arakəsmələr

Ofis arakəsmələr arasında ən çox istifadə olunan modellərdən biri şüşə arakəsmələrdir. Ofisi bölmək üçün çox zaman bu şüşə arakəsmələrdən istifadə olunur. Çünki kiçik olan ofisdə beton arakəsmədən istifadə olunarsa ərazi daha da kiçilər. Şüşə arakəsmədən istifadə etmək ofisinizin geniş görünməsinə şərait yaradacaq.

Şüşə arakəsmələr zərbələrə qarşı dayanıqlı şəkildə istehsal olunur. Eyni zamanda qırılmalara qarşı qoruyucu bant sayəsində şüşə qırılaraq ətrafa ziyan vermir.

Şüşə arakəsmələr üçün daha öncədən bildirilən şüşə qalınlığında şüşə kəsilərək alüminium profillər ilə örtülür. Şüşə arakəsmələrdə jalüzlərdən istifadə olunur və istənilən zaman ətrafın görülüb-görülməməsi təmin oluna bilər.

Şüşə arakəsmələr zavodda istehsal olunduqdan sonra gedəcəyi yerə çox ehtiyatlı və diqqətli şəkildə aparılır. Daha öncədən hazırlanmış sahəyə yerləşdirilərək son yoxlanışları edilir.

Ofislərdə, kafe və restoranlarda , evlərdə məkanı genişləndirmək və ya kiçiltmək üçün, işin səmərəliliyini artırmaq məqsədi ilə ətrafdakı səslərdən qurtulmaq üçün şüşədən olan arakəsmələr əvəzsiz seçimdir.

Ofis arakəsmələrdən rəhbər üçün qəbul otağı, menecerlər üçün kabinetlər , konfrans zalların yaradılmasında istifadə olunur.

Şəffaf şüşə arakəsmələr ofisi daha geniş, işıqlı edir. Buna görə də ofislərdə arakəsmə lazım olduqda şüşə arakəsmələrdən istifadə olunur.

Bu sistemlər yüksək keyfiyyətli profillər ilə müştəri istəyindən asılı olaraq müxtəlif rəngdə, ölçüdə və müxtəlif dekorasiyada olan şüşələrlə montaj olunur.

Şüşə arakəsmələr yalnız ofis interyerinin hazırlanması üçün deyil, həmçinin əyləncə və ticarət mərkəzlərində , məktəblərdə,istirahət mərkəzlərində, xəstəxanalarda və digər obyektlərdə hətta yaşayış yerlərində istifadə oluna bilər.

Şüşə arakəsmələrdə istifadə olunan şüşələr qırılmır  və  zərbəyə davamlıdır Yağış yağdığında üzərində ləkə saxlamır. Beləlikə şüşəni rahatlıqla təmizləmək mümkündür.

 Arakəsmələr həm  açılıb-bağlanan, həm də sabit ola bilər.

 İç məkanlarda daxili arakəsmələrin növləri müxtəlif olur :
-  Profilsiz tamamən şüşədən olan arakəsmələr;
-  Müxtəlif profillərin istifadəsi ilə şüşə arakəsmələr;
-  Təkqat və cütqat arakəsmələr (paket şüşə, jalüzlü paket şüşə və s.).
 Şüşə arakəsmələr sifariş olunarkən şüşənin rəngi, bəzəyi, laminasiyası, qalınlığı-bütün bu parametrlər müştəri seçiminizdən asılıdır.