Günümüzdə evi ev edən ən əsas ünsürlərdən biri pəncərələrdir.
Bir evi pəncərəsiz təssəvvür belə etmək olmaz. Pəncərə çöl görüntüsünü təmin etməklə yanaşı evdə yaranacaq pis havanın ixrac edilməsi və evin havalandırılması kimi işləri yerinə yetirir. Bu prosesi etmək üçün pəncərəni açmaq kifayət edir. Ancaq pəncərənin açılması nəticəsində içəriyə hava ilə birlikdə istəmədiyiniz çöldə olan toz və bəzi həşəratlar daxil olur. Bu da evin içərisində diskomfort bir hal yaradır. Xüsusi ilə də, yay aylarında pəncərələri açıq qoymaq məcburiyyətində oluruq bu səbəblə evinizin və obyektinizin yerindən asılı olaraq içəriyə daxil olan həşəratlar narahatçılığa səbəb olur.
Bu problemi aradan qaldırmaq məqsədi ilə indi ki dövrdə geniş yayılmış pəncərə torlarından istifadə olunur. Pəncərə torları istifadə edildiyi yerlərdə görüntünü pozmamaqla yanaşı içəriyə daxil olan hava axınına heç bir maneə yaratmır və içəriyə daxil ola biləcək həşəratların qarşısını alır. Bu funksiyaları ilə geniş yayılmış pəncərə torları alıcılar tərəfindəndə böyük tələb görür.
Pəncərə torları yalnız pəncərələrdə yox, sürgülü qapı və uzaqdan idarə edilə bilən sistemlərədə tətbiq edilə bilir. Pəncərə torlarının çox tələb görməsinin bir səbəbidə odur ki, bu məhsulun bir çox növləri mövcuddur.
Ən sadə halda pəncərə toru pəncərənin çöl tərəfindən xüsusi tutacaqlarla pəncərəyə bərkidilir. Bu tutacaqlar istədiyimiz zaman toru rahatlıqla çıxara bilməyimizə imkan yaradır. Pəncərə torlarının geniş yayılmış növlərindən biri də qarmoşka torlardır. Bu torlarda pəncərə və ya qapının çöl tərəfindən bərkidilir və xüsusi reysi üzərində hərəkət edir. İstifadəçi istədiyi zaman torun tutacağından tutaraq onu bağlaya və ya aça bilir. Bu məhsul tora tələb olduqda rahat istifadə imkanı və daha şəffaf görüntü yaratmaq xüsusiyyətləri ilə seçilir.
Bununla yanaşı pəncərə torlarının uzaqdan idarə edilə bilən növləridə mövcuddur. Bu məhsul pult vasitəsi ilə idarə olunur və daha çox istifadə rahatlığı təmin edir. Pəncərə torlarının çöldən quraşdırılması müştərilərdə çöldən xoş olmayan görüntü yaranma düşüncəsi yaradır. Lakin bu belə deyil. Pəncərə torlarının istənilən yerə uyğun olaraq profil və tor rəng seçimləri mövcuddur. Tətbiq edildiyi yerlərdə görüntünü pozmaması və komfort yaratması ilə pəncərə torları istifadəçilərdə böyük məmnuniyyət yaradır.
fdf