yandex
(+994) 51 404 41 41
izosistem haqqında qısa məlumat

İzosistem haqqında qısa məlumat

İzosistem nədir?

Günümüzdə pəncərə və qapı hazırlanmasında material olaraq alüminium sistemlər daha üstün tutulur. Buna səbəb olaraq bu materialın bərk, dözümlü və yüngül olmasıdır.

Gün keçdikcə tikinti sahəsində bu materiala olan tələbat dahada artır. Bu materialın ən önəmli xüsusiyyətləri istifadə edilən yerlərdə gözəl görüntü yaratması, istifadə rahatlığı, suya, rütubətə və soyuğa dözümlülüyüdür. İndiki vaxtda inşa edilən obyektlərin böyük bir hissəsində alüminium materialından istifadə olunur. Bu da alüminium sisteminin etibarlılığının və ona olan tələbin göstəricisidir.

Alüminium sistemlərinin içərisində ən reytinqli və etibarlı olanı alüminium izosistemdir. Bu sistem son dövrlər bazara girməsinə baxmayaraq, istehlakçılar tərəfindən böyük rəğbət görmüşdür. Normal alüminium profildən daha çox özəlliklərə sahib olması, ona olan tələb çoxluğunun səbəbidir. Alüminium izosistemin normal alüminiumdan ən böyük fərqi daha hermetik olmasıdır. Əsasən iki alüminium birləşməsindən hazırlanan izosistem profil, iki alüminiumun arasında olan plastik profil sayəsində hava axınını tənzimləyərək istilik izolyasiyası yaradır. İstifadə edilən obyektlərdə otağın temperaturunu stabil saxlamağına görə bütün sistemlərdən fərqlənir. Çöldə temperatur neçə olursa olsun, soyuğu, istini içəriyə ötürməyən alüminium izosistem içəridəki temperaturu da stabil saxlayaraq çölə buraxmır. Bunun səbəbi çöl və iç alüminiumun bir birinə təmas etməməsidir. Bir birindən məsafəli olan alüminiumları aradakı plastik profil birləşdirir, bu səbəbdən alüminiumlar bir birlərinə temperatur ötürə bilmir. Arada olan hava boşluqları sayəsində çöldəki temperatur əsla içəriyə keçmir.

Bununla yanaşı səs izolyasiyasının da layiqi ilə üstəsindən gələn izosistem alüminiumlar əsasən səs-küylü yerlərdə istifadə edilir. Həmçinin alüminiumların arasındakı plastik profil sayəsində çöldə və içəridə temperatur dəyişiklikləri nəticəsində yaranan tərləmənində qarşısı alınır. Bu xüsusiyyətləri nəticəsində ölkəmizdə və xaricdə ən çox tələb görən materiallar siyahısındadır. Tək istilik izolyasiyasına görə yox, vizual görünüşünə görə də müştərilər tərəfindən sevilir. Bir çox rəng seçim imkanına malik olan izosistem profillər istifadə edilən obyektlərin dizaynını pozmadan estetik gözəllik qatır. Boyalı və laminasiyalı izosistem profillərə rəng seçimi çoxluğuna görə də istehlakçılar tərəfindən tələbat böyükdür . Möhkəmliyi, yüngül olması və eyni zamanda istifadə ediləcəyi yerə görə ölçü çeşidlərinin çoxluğu istifadə rahatlığı yaradır. Bu profillər daimi qulluq tələb etmir və uzun müddətli istismar müddətinə malikdir. Alüminium izosistemlərdən istifadə edərək tək qapı, pəncərə yox bir çox  (cam sürmə və HBŞB qapılar) məhsullar hazırlana bilir.