yandex
(+994) 51 404 41 41
cam balkon

Cam balkon

Şüşə keçmişdən günümüzə qədər bir çox sahələrdə istifadə edilmişdir. Yaşadığımız dövrdə şüşə təkcə gündəlik istifadədə deyil, həm də memarlıq bağlama sistemlərində istifadə edilmişdir.

Bunun ən yaxşı nümunəsi şüşə balkon sistemidir. Şüşə balkon sistemi yalnız balkonlarla məhdudlaşmır, bir çox sahələrdə aktiv şəkildə istifadə olunur. Zərif və vizual görünüşü ilə yanaşı istifadə rahatlığı və asan təmizlənmə  xüsusiyyəti ilə də seçilir.

Cam balkon - çərçivəsiz, tam açılaraq yanlara yığılan şüşəbənd sistemləridir. Bu sistemlər evinizdə funksional və estetik bir balkon yaratmağın ən müasir üsuludur. Məkanlara rahatlıq və maneəsiz mənzərə qazandıran bu sistemlərdə şüşə lövhələr alüminium rels üzərində hərəkət edərək sağa, sola və ya hər iki tərəfə yığılır. Şüşə panellər asanlıqla bir avtomobilin qapağının sapı ilə açılır.

Ilin dörd mövsümündə istifadə edə biləcəyiniz cam balkon sizə məkanı istədiyiniz zaman tamam, yaxud  qismən bağlamaq, və ya bütünlüklə açmaq, ya da küləyi istiqamətləndirmək kimi fərqli imkanlar verir. Istifadə olunan şüşələrin zərbəyədavamlı, yəni temperli olması, təhlükəsizliyinizi təmin edir. Bundan əlavə pərdəli sistemdən istifadə etməklə günəş işığının qarşısını bütünlüklə və ya qismən ala bilərsiniz. Profillər alüminium olduğundan paslanmır ki, bu da sistemin ömrünü bir bina ömrü qədər uzun edir. Ən önəmlisi isə adi şüşədən 9 dəfə zərbəyə davamlıdır və sizi ətraf mühitin mənfi təsirlərindən – külək, yağış, toz, səs və s. - dən qoruyur. Bu qoruma, balkonun daxili səthlərinə və strukturlarına baxım və təmir üçün xərclənən daha az zaman və pul deməkdir.

Cam balkonun üstünlükləri:
1. İstifadə olunan  məkana estetik görünüş verir
2. Ətraf mühitin mənfi təsirlərindən (külək, qar, yağış, toz, çirk, və s.) qoruyur
3. İlin istənilən fəsli zövq alacağınız aura yaradır
4. Vizual görünüşü ilə göz oxşayır
5. Şüşəsi qırılsa belə kiçik hissələrə ayrılıb zərər vermir

Cam balkon sturuktura və sizin zövqünüzə uyğun rəng çeşidləri təklif etməklə yanaşı, rahat və dayanıqlıdır. Cam balkon sistemlərində istifadə edilən alüminium profillərin rəngi elektrostatik toz boya olduğu üçün deformasiyaya dözümlü və uzunömürlüdür.

Cam balkonda pərdəli sistemdən istifadə etmək imkanı da var. Temperli şüşə ilə səs izolyasiyası yaxşı səviyyədə təmin edilir. Möhkəmləndirilmiş (temperlənmiş) şüşənin qalınlığı eyvanın hündürlüyündən, mərtəbə və külək yükündən asılı olaraq 8-10 mm ola bilər. Adi şüşədən fərqli olaraq, temperlənmiş şüşənin əyilən zaman möhkəmliyi 250 MPa olur. Bizim təklif etdiyimiz cambalkonlar yüksək keyfiyyəti və möhtəşəm görünüşü ilə uzun illər sizə xidmət edecək.