yandex
(+994) 51 404 41 41
alüminium pəncərələr

Alüminium pəncərələr

Alüminium pəncərə sistemləri ilk olaraq ofislərdə, otellərdə və əyləncə mərkəzlərində istifadə edilmişdir. PVC və taxta ilə müqayisədə alüminium pəncərələr daha çox üstünlüklərə malikdir. Bu üstünlüklər aşağıdakılardır:

- Korroziyaya və zədələnməyə qarşı yüksək müdafiə - 50-80 il davamlılıq - Materialın yüngüllüyü

- Qayğı asanlığı

- Görkəmli görünüş

- Ətraf mühitə uyğunluq və təhlükəsizlik

Günümüzdə hər kəs qapı və pəncərə dizaynlarını müxtəlif materiallardan ala bilər. Alüminium pəncərə - qapılar inşaat sektorunda və müasir memarlıq sahəsində geniş imkanlar yaradır. Alüminium fasadlarla ən qeyri-adi layihələri reallığa çevirmək mümkündür. Həmçinin, alüminium pəncərə və qapıları yüksək səs və istilik izolyasiyalıdır. Dizayn paletləri və rəng çalarlarına görə müasir memarların ilk seçimidir. Bu qapı və pəncərələr istənilən binaya dəbli və incə görünüş bəxş edir. Alüminium pəncərələr bir neçə hissəyə bölünür: Aldoks seriyası Aldoks seriyası alüminium profillər sistemidir. Digər alüminium seriyalara əsasən daha qənaətcil olub, praktiki istifadəsi və tətbiqi baxımından istifadəçilərinə üstünlük vəd edir.

Eyni zamanda, asan quraşdırma və tətbiq sistemi deməkdir. Bu sistem sürətli istehsalların tələb olunduğu hallarda istifadə olunur. Aldoks seriyası iş yerlərində, ofis arakəsmələrində və cəbhə qapılarında PVC - dən sonra ən çox istifadə edilən izolyasiyasız doğrama seriyasıdır. Texniki detalları isə aşağıdakı kimidir:

- Qənaətcildir

- Gövdə profili dərinliyi 45mm - 80mm – dir

- Alüminium şüşə qapı tətbiqetmələrində tamamlayıcı məhsuldur

- Divar qalınlığı 1,6mm - 2mm – dir

- Şüşə boşluğu 4mm - 30mm –dir

- Profil uzunluğu 6 metrdir

- Normal, cüt ox, vasistas, sürmə-vasistas, xaricə açılım, qanadların çarpma açılım variantları KAPEDAM test laboratoriyasında müvəffəqiyyət ilə tamamlanan külək hava, yağış su möhürləmə testləri.

İzo sistemlər

İzo sistemlər iki alüminium profildən və onlar arasında yerləşən plastik körpüdən ibarətdir. İzo sistem alüminium qapı və pəncərə sistemləri əsasən binalar, qış baxçaları və geniş bazarlarda xüsusi girişlərdə istifadə olunur. Bu qapı və pəncərə sistemlərinin üstün xususiyyətləri ondan ibarətdir ki, onlar istiyə və soyuğa davamlı olub daha yüksək keyfiyyətə malikdir.

Tent sistemləri

Tent sistemləri mənzillərinizdə, kafe və restoranlarda, hovuz üzərində düz, ellips, asqılı sistem şəklində dizayn edilib quraşdırılır. Funksionallığına görə tentlərin bir çox növləri var: hərəkətli, sabit, kasetli, klassik və s. Tent fərqli dizaynları ilə məkana estetik görünüş bəxş edir. Tent sistemlərində istifadə olunan profil və aksesuarlar paslanmağa davamlıdır. Bu sistemlər yay və qış ayları üçün əlverişlidir. Hərəkətsiz tentlər yalnız dekorativ məqsədlə deyil, yağış və günəşdən qorunmaq üçün də istifadə edilir. Bütün tent modelləri istəyinizə və məkanın dizaynına uyğun hazırlanır. Hər biri müştəri istəyinə uyğun uzaqdan idarə edilə və külək-günəş sensoru ilə açılıb-bağlana bilir.

Avtomatik qapılar

Avtomatik qapı və darvazalar şirkətimizin təklif etdiyi çoxsaylı xidmətlərdən biridir. Keyfiyyətli avtomatik qapılar məkanın rahatlığı və təhlükəsizliyini təmin edir, o cümlədən də giriş və çıxışı asanlaşdırır. Bu qapılar insanların kontaktsız və maneəsiz keçməsi üçün, yaxud da girişi məhdudlaşdırmaq üçün quraşdırılır. Yüksək keçirmə qapılarını fotoselli, dairəvi fırlanan, taybatay açılan qapılar təmin edir. Otellərdə, ticarət mərkəzlərində, tibbi müəssisələrdə, super marketlərdə, restoranlarda quraşdırılır. Avtomatik qapılarının tətbiqi komfortu, estetikası və səmərəliliyi sayəsində olduqca məşhurdur. Avtomatik qapılar teleskopik, dönən-yana sürüşən, künc qapıları olmaqla 3 növə ayrılır. Seçim isə məkanın interyerinə görə edilir. HBŞB sürmə sistemləri Alüminium sürmələr içərisində ən dayanıqlı, istifadəsi rahat və izolyasiyası yüksək olan sistemdir.Bir qanadı 250-300 kq-a qədər yük daşıya biləcək şəkildə dizayn edilib. Xüsusi hazırlanmış mexanizmi sayəsində son dərəcə səssizdir və asan istifadə olunur. Qanad istənilən nöqtədə dayana bilər. Bu sistemə inkişaf etdirilmiş, avtomatlaşdırılmış sistem əlavə olunaraq tam avtomatik, uzaqdan əmrli bir sistemə cevirmək olar. HBŞB sürmələr aluminiumdan hazırlandığı zaman həm uzunömürlü, həm də yüngül olur. Sürməli cam balkon Aluminiumdan hazırlanmış sürməli cam balkonun əsas özəllikləri şüşələrin tərləməməsi, səs izolyasiyasının başqa sistemlərdən artıq olması, hərəkətli sistem üçün istilik izolyasiyasının mükəmməl olmasıdır. Sistemdə alüminium stoper mövcuddur ki, bu da PVC stoperdən daha uzunömürlüdür. Stoper şüşələr açıq olan zaman onların hərəkətlərini məhdudlaşdırır. Sürməli cam balkon sistemləri evinizin və məkanınızın dizaynına uyğun olaraq, müxtəlif rəng şüşələrdən hazırlanıla bilir.

Məhəccərlər

Məhəccər eyvana, pilləkənə, hovuz kənarına çəkilir. Müasir dövrdə məhəccərlər metaldan hazırlanır, dizaynı isə məkana görə təyin edilir. Alüminium məhəccərlər pilləkənlərə, balkonlara, terraslara, bina girişlərinə, bağçalara, hovuz kənarlarına və tikilinin bir çox yerlərinə təhlükəsizlik və xoş görünüş bəxş etmək üçün edilən dekorasiyadır. Yüngül çəki və uzunömürlü məhəccərlər məhz alüminiumdan hazırlanır. Özəlliyinə və əlverişliliyinə görə digərlərindən fərqlənir. Paslanmaz metaldan olan məhəccərlər binadakı balkonlarda, pilləkənlərdə, təhsil və səhiyyə müəssisələrində, alış-veriş mərkəzlərində, dayanacaqlarda daha çox istifadə edilir. Şüşəli məhəccərlər eksteryerdə gözəlliyi və müasirliyi əks etdirir. Modern yaşayış binalarında, böyük plazalarda bu növ məhəccərlərdən istifadə olunur. Dayanıqlı olması ilə yanaşı, şüşə məhəccərlər həm də təhlükəsizlik baxımından əlverişlidir.