Pimapen S6000

S-6000 PİMAPEN-in zəngin çeşidinin ən yeni məhsullarından biridir. 60 mm genişliyində və 4 kameralı profilləri ilə bütün tələblərə cavab vermək üçün hazırlanmış profil sistemidir. Konstruksiyanın xüsusi quruluşu hər növ pəncərə sistemlərinin tətbiqinə imkan yaradır. Yüksək izolyasiya xüsusiyyəti sayəsində istilik, səs, toz, hava və su təcridini tam olaraq təmin edir. PİMAPEN S-6000 hər cür iqlim şəraitində istismara yararlıdır.

Pimapen S7000 Maximus

Pəncərələr məkanları təcrid edərkən, gün işığı və mənzərə kimi gözəllikləri görməmizə də şərait yaradır. S-7000 Maximus bu işin öhtəsindən mükəmməl gəlməklə, məkanınıza estetik görünüş bəxş edir. Pimapen S-7000 Maximus seriyasının konstruksiyası 70 mm genişliyi və 5 kamerası olan profillərdən ibarətdir.