PƏNCƏLƏR ÜÇÜN AKSESSUARLAR

Şüşə

Şüşə pəncərənin əsas hissəsidir və ona fərdi yanaşma olmalıdır. Şüşənin seçimində pəncərənin rəngi, profilin qalınlığı, pəncərənin ümumi ölçüsü, evə (obyektə) ətraf mühitin təsiri (külək, gün, yağış və s.) kimi nüanslar nəzərə alınmalıdır ki, bu da bizim professional ustalarımızın işidir.

Karolaj (Cam bölmə)

Karolaj paket şüşənin arasına yerləşdirilərək pəncərənin ümumi görünüşünə xüsusi gözəllik qatır və rəng seçiminə görə evin və ya obyektin dizaynını tamamlayır.

Akssesuar

Akssesuarların qapı və pəncərənin mexanizmində və görünüşündə əhəmiyyətli rolu vardır. Alman və Türk firmalarından ibarət olan böyük akssesuar çeşidimizdən istənilən qapı və pəncərənin rənginə, ölçüsünə və işləmə növlərinə görə seçimimiz vardır.