PƏNCƏRƏ SEÇİMİNİZİ
BİZƏ ETİBAR EDƏ BİLƏRSİNİZ

Şirkətimiz 2003-cü ildə Türkiyənin Ankara şəhərində fəaliyyətə başlamışdır. 2004-2007-ci illərdə əsasən Ankara və Türkiyənin digər şəhərlərində və yaxın asiya ölkələrində aluminium, PVC projeli işləri həyata keçirmişdir.

2005-ci ildən etibarən Azərbaycan Resbuplikası ərazisində profillərin və aksesuarların satışı və pəncərə, qapı və aluminium cəbhələrin hazırlanması ilə məşqul olmağa başlamışdır.

Hazırda şirkətimiz Almaniyanın “Kömmerling”, “Roto”, “Renolit” Türkiyənin “Pimapen”, “Adopen”, “Deceuninck”, “Fornax” və bir çox firmaların rəsmi distributoru olmaqla, Azərbaycanda bu sektorun lideri sayılır.

Yerli bazarın təlabatını nəzərə alaraq 2009-cu ildən etibarən profillərin fərqli rəngdə üzlənməsini həyata keçirmək üçün kaplama fabrikimiz fəaliyyətə başlamışdır. Üç soyuq və iki isti yapışdırma dəzgahı ilə fəaliyyətə başlayan fabrikimizdə hazırda beş dəzgah vardır. Kaplama fabrikimizdə distrubutoru olduğumuz firmalar xaric digər markaların profilləri də laminə edilir. Almaniyanın dünya brendi olan “Renolit” firmasının fulyosu ilə və Kleiberit yapışdırıcısı ilə kapladığımız profillərə rəngindən asılı olaraq 5 ildən 10 ilə qədər tam zəmanət verilir. Müştərilərimizə profillərin iç və çöl üzlərinin 20-dən çox fərqli rənglənməsi təklif olunur.

1200 kv/m ərazisi olan PVC və aluminium sexində 2015-ci ilin CNC proqramı ilə təhciz edilmiş kəsim, doğrama və ikitərəfli qaynaq dəzgahları ilə statistik hesaba uyğun olaraq istənilən ölçü və dizaynda pəncərə, qapı, cəbhə, sürmə və s. sistemlər istehsal olunur.

Ofis və satış şöbələrimizdə çalışan yerli və əcnəbi işçilərdən ibarət olan konstruktiv, operativ və işgüzar kollektivimiz ilə artıq 10 ildən çoxdur ki, Bakıda və bölgələrimizdə müştərilərimizin məmnunluğu və rahatlığı üçün fəaliyyət göstəririk.

 

1200 kv/m ərazisi olan PVC və aluminum sexində son texnalogiyalarla statistik hesaba uyğun olaraq istənilən ölçü və dizaynda pəncərə, qapı, cəbhə, sürmə və s. sistemlər istehsal olunur.

BİZİM PƏNCƏRƏLƏRİN ƏSAS ÜSTÜNLÜKLƏRİ

  • Üstün termoizolyasiya xüsusiyyətləri;

  • Üstün səs izolyasiya xüsusiyyətləri;

  • Ziyanlı günəş şüaları ilə mübarizə

  • İstismar və servis rahatlığı

  • Uzunömürlük